​Salyanda güclü külək əhalini işıqsız qoyub

​Salyanda güclü külək əhalini işıqsız qoyub Nəhəng qovaq ağacı elektrik dirəyinin üzərinə düşərək naqilləri sıradan çıxarıb
Hadisə
18 Noyabr , 2015 01:39
​Salyanda güclü külək əhalini işıqsız qoyub

Bakı. 18 noyabr. REPORT.AZ/ Güclü külək Salyan şəhərinin bir hissəsini işıqsız qoyub.

"Report" xəbər verir ki, saat 17:30 radələrində 10-15 dəqiqəlik əsən güclü külək şəhərin Təbriz Xəlilbəyli küçəsindəki "Şelli" məscidi yaxınlığındakı nəhəng qovaq ağacını kökündən qoparıb.

Nəticədə ağac elektrik dirəyinin üzərinə düşərək naqilləri sıradan çıxarıb ki, bu da şəhərin Heydər Əliyev prospekti, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Yunis Zərgərli və daha 4 küçəsinin əhalisinin işıqsız qalmasına gətirib çıxarıb.

Sözügedən ağac kəsilərək küçədən yığışdırılıb. Elektrik dirəyi və naqillər axşam saat 22:23 radələrində bərpa edilib.

Son xəbərlər

Orphus sistemi