​Salyanda canavarlar kəndə hücum edib

​Salyanda canavarlar kəndə hücum edib Yırtıcılar kənd sakininə məxsus xırdabuynuzlu heyvanları parçalayıblar
Hadisə
10 Mart , 2016 21:43
​Salyanda canavarlar kəndə hücum edib

Bakı. 10 mart. REPORT.AZ/ Salyanda kəndə canavar hücumu olub.

"Report" Salyan Rayon Baytarlıq İdarəsinə istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Parça Xələc kəndində qeydə alınıb.

Canavarlar kənd sakini Saleh Əmrah oğlu Eyvazova məxsus 3 baş xırdabuynuzlu heyvanı parçalayıblar. Təsərrüfat sahibinin vaxtında müdaxiləsi yırtıcıların qaçması və daha çox tələfatın olmasının qarşısını alıb.

Hadisə yerinə gələn baytar həkimlər ölmüş heyvanlardan nümunələr götürüb, sonra heyvanlar torpağa basdırılaraq ərazidə dezinfeksiya işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi