Salyanda 29 yaşlı gənc bıçaqlanıb

Salyanda 29 yaşlı gənc bıçaqlanıb Hadisə mübahisə zəminində baş verib
Hadisə
11 Sentyabr , 2015 08:35
Salyanda 29 yaşlı gənc bıçaqlanıb

Bakı. 11 sentyabr. REPORT. AZ/ Axşam saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, sözügedən prospektdə bina 14, mənzil 11-də yaşayan, 1986-cı il təvəllüdlü Aqil Sədaqət oğlu Babaşov mübahisə zəminində Hakim adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi