Salyanda 26 yaşlı qadını it dişləyib

Salyanda 26 yaşlı qadını it dişləyib Rayon sakininə quduzluq əleyhinə peyvənd vurulub
Hadisə
23 Sentyabr , 2015 00:04
Salyanda 26 yaşlı qadını it dişləyib

Bakı. 23 sentyabr. REPORT. AZ/ Salyanda ev sahibinin hər iki qolundan it dişləyib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Məxluqə Rafiq qızı Kərimova həyətlərində saxladıqları itin hücumuna məruz qalıb. İt onun hər iki qolundan dişləyib və qıza xəsarət yetirib. Məxluqə Sadıqova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi