Salyanda 21 yaşlı qız bıçaqlanıb

Salyanda 21 yaşlı qız bıçaqlanıb Aygün Həsənova sol döş nahiyəsindən kəsilmiş–deşilmiş yara alıb
Hadisə
25 Sentyabr , 2016 17:41
Salyanda 21 yaşlı qız bıçaqlanıb

Salyan. 25 sentyabr. REPORT.AZ/ Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yaşayan 21 yaşlı yerli sakin Aygün Vilayət qızı Həsənova sol döşünün kəsilmiş–deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bıçaq yarası almış yaralı Cərrahiyyə şöbəsində əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi