​Salyanda 2 kq-dan artıq narkotik maddə məhv edilib - FOTO

​Salyanda 2 kq-dan artıq narkotik maddə məhv edilib - FOTO Prosesdə hüquq-mühafizə orqanları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər
Hadisə
18 Fevral , 2016 21:41
​Salyanda 2 kq-dan artıq narkotik maddə məhv edilib - FOTO

Bakı. 18 fevral. REPORT.AZ/ Salyanda külli miqdarda narkotik maddə yandırılma üsulu ilə məhv edilib.

"Report" xəbər verir ki, proses Salyan rayon Polis şöbəsində istintaqların yekunu üzrə həyata keçirilib.

Ümumilikdə 2015-ci ildə 18 məhkəmə qərarı əsasında müsadirə edilmiş qurudulmuş çətənə kolu, tiryək və həşiş kimi 2 kq.-dan artıq narkotik vasitə yandırılaraq zərərsizləşdirilib.

Narkotik vasitələrin yandırılması prosesində hüquq-mühafizə orqanları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi