Salyanda 11 yaşlı uşağın baş nahiyəsindən it dişləyib

Salyanda 11 yaşlı uşağın baş nahiyəsindən it dişləyib Uşaq xəstəxanaya yerləşdirilib
Hadisə
30 Avqust , 2015 16:35
Salyanda 11 yaşlı uşağın baş nahiyəsindən it dişləyib

Bakı. 30 avqust. REPORT.AZ/ Salyan rayonunda it dişləməsi hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

İt kənd sakini, 2004-cü il təvəllüdlü Şükür Nəcəf oğlu Süleymanovun baş nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Azyaşlı uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Nəcəf Süleymanova ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi