Salyan. 1 iyun. REPORT.AZ/ Salyanın Xalac kəndində qaynar suyun uşağın üstünə dağılması nəticəsində körpə yanıq xəsarətləri alıb.
“Report” xəbər verir ki, 1 yaşlı Esgin Əzizağa oğlu Hüseynov nəzarətsiz qaldığından çaydandakı qaynar suyu üstünə aşırdıb.
Nəticədə uşaq çənə və boyunun ön hissəsindən 1, 2, və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb. Körpə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.