​Salyan şəhərində ikimərtəbəli ev yanıb

​Salyan şəhərində ikimərtəbəli ev yanıb Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub
Hadisə
2 Noyabr , 2015 07:14
​Salyan şəhərində ikimərtəbəli ev yanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Salyan şəhərində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, qamışdan ibarət dam örtüyü və ev əşyaları yanıb.

Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi