​Salyan sakini qardaşını döyərək xəstəxanalıq edib

​Salyan sakini qardaşını döyərək xəstəxanalıq edib Faktla bağlı araşdırma aparılır
Hadisə
31 May , 2016 15:16
​Salyan sakini qardaşını döyərək xəstəxanalıq edib

Bakı. 31 may. REPORT.AZ/ Salyanda döyülmə hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Marışlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 57 yaşlı Nəbi Təvəkkül oğlu Rüstəmov sağ göz nahiyəsinin və sağ qasıq nahiyəsinin xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Zərərçəkən qardaşı tərəfindən xəsarət aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi