Salyan sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı xəsarətlər alıb

Salyan sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı xəsarətlər alıb Nurlan Xankişiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib
Hadisə
4 Oktyabr , 2016 08:07
Salyan sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı xəsarətlər alıb

Salyan. 4 oktyabr. REPORT.AZ/ Salyan şəhər sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

“Report”un Aran bürosu xəbər verir ki, Heydər Əliyev prospektində yaşayan 22 yaşlı Nurlan Nuralı oğlu Xankişiyev döş qəfəsinin çoxsaylı xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, gecə yarısı tanımadığı şəxs tərəfindən naməlum alətlə bədəninə xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi