Salyan rayonunda bədbəxt hadisə baş verib

Salyan rayonunda bədbəxt hadisə baş verib Hadisə ilə bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
3 Sentyabr , 2014 15:39
Salyan rayonunda bədbəxt hadisə baş verib
Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanın Salyan rayonunda vətəndaş elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Salyan rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, rayon sakini Yusif Vəliyevi elektrik cərəyanı vurub. Nətıcədə Y.Vəliyev hadisə yerində ölüb. İlkin məlumata görə, mərhum yaşadığı evin elektrik naqillərində təmir işləri görən zaman cərəyanla ehtiyatsız davranıb. Bu isə bədbəxt hadisənin baş verməsinə səbəb olub.

Hadisə ilə bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi