​"Sahil" bağında qətl törətmiş şəxsin məhkəməsi keçirilib

​"Sahil" bağında qətl törətmiş şəxsin məhkəməsi keçirilib Yeni vəkil iki vəsatət qaldırıb
Hadisə
3 Dekabr , 2015 18:18
​Sahil bağında qətl törətmiş şəxsin məhkəməsi keçirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə təyin edilən yeni vəkil Ramin Əliyev vəsatət qaldırıb.

E.Çobanovun müdafiəçisi bu iş üzrə dindirilən 11 şahidin yenidən dindirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra vəkil R.Əliyev növbəti dəfə vəsatət qaldırıb. O, E.Çobanovun ittiham olunduğu 120.2.2-ci və 29.120.2.7-ci maddələrinin 129-cu maddəyə tövsif olunmasını istəyib.

Vəsatət növbəti prosesdə - dekabrın 4-də baxılacaq.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən E.Çobanova 18 il həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələrilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi