​Şadlıq sarayı satan məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib

​Şadlıq sarayı satan məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
11 Mart , 2016 13:49
​Şadlıq sarayı satan məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib

Bakı. 11 mart. REPORT.AZ/ Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib. “Report”un xəbərinə görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.

Son xəbərlər

Orphus sistemi