​Saday Şəkərovun apellyasiya şikayəti təmin edilməyib

​Saday Şəkərovun apellyasiya şikayəti təmin edilməyib Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb
Hadisə
26 Fevral , 2016 17:16
​Saday Şəkərovun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərov barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, S.Şəkərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qaılan S.Şəkərov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi