Sabunçuda qadını bıçaqlayan şəxs saxlanılıb

Sabunçuda qadını bıçaqlayan şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Oktyabr , 2014 17:05
Sabunçuda qadını bıçaqlayan şəxs saxlanılıb
Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da naməlum şəxs Xanım Həsənovaya bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Poli Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunan Bakı şəhər sakini Rafiq İmanov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi