Sabunçuda narkotik maddə satmaqda şübhəli bilinən iki nəfər tutulub

Sabunçuda narkotik maddə satmaqda şübhəli bilinən iki nəfər tutulub Onların hər ikisi Cəlilabad rayon sakinidir
Hadisə
17 Oktyabr , 2014 12:18
Sabunçuda narkotik maddə satmaqda şübhəli bilinən iki nəfər tutulub
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda narkotik maddə satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini olan iki nəfər tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Cəlilabad rayon sakini Fərman Hüseynov 0,354 qram heroini satmaq istəyərkən tutulub. Daha sonra ona narkotik maddə satan həmyerlisi Məhəmməd Süleymanov da yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi