Sabunçuda 29 yaşlı gənc bıçaqlanıb

Sabunçuda 29 yaşlı gənc bıçaqlanıb Müayinə zamanı həkimlər onun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı bıçaq yaraları aşkar ediblər
Hadisə
1 Sentyabr , 2014 12:41
Sabunçuda 29 yaşlı gənc bıçaqlanıb
Bakı. 1 sentyabr.REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə zamanı Sabunçu qəsəbə sakini 29 yaşlı Anar Mirzəyev bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Müayinə zamanı həkimlər onun bədəninin müxtəlif nahiyələrində çoxsaylı bıçaq yaraları aşkar ediblər. Hadisə barədə isə Sabunçu RPİ və 12-ci polis bölməsində araşdırma  başlanılıb.

İlkin məlumata görə, Anar Mirzəyev yaşadığı evin yaxınlığında hələlik məlum olmayan səbəblərdən tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.

Polislər həmin şəxsin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi