Sabunçuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabunçuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
3 Sentyabr , 2016 12:36
Sabunçuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Hadisə sentyabrın 3-də gecə saat 03:00 radələrində rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakinləri - Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi