Sabunçuda mənzildən 14 min manat pul və 35 min manatlıq qızıl oğurlanıb

Sabunçuda mənzildən 14 min manat pul və 35 min manatlıq qızıl oğurlanıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
24 May , 2016 09:11
Sabunçuda mənzildən 14 min manat pul və 35 min manatlıq qızıl oğurlanıb

Bakı. 24 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Yeni Ramana qəsəbəsi, Dimitrov küçəsi, ev 12/2 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Bəhruz Həsənov evdə olmadığı zaman naməlum şəxslər açar seçmə yolu ilə onun evindən 14 000 manat pul və 35 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi