Sabunçuda baş verən qətl hadisəsini törədən şəxslər saxlanılıb

Sabunçuda baş verən qətl hadisəsini törədən şəxslər saxlanılıb Faktla bağılı cinayət işi başlanılıb
Hadisə
20 Noyabr , 2014 11:54
Sabunçuda baş verən qətl hadisəsini törədən şəxslər saxlanılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsini törədən şəxslər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub.

Faktla bağılı cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi