Sabunçu rayonunda yük qatarı qəza törədib - FOTO

Sabunçu rayonunda yük qatarı qəza törədib - FOTO "Lada" markalı avtomobilin sürücüsü qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb
Hadisə
2 Aprel , 2015 04:33
Sabunçu rayonunda yük qatarı qəza törədib - FOTO

Bakı. 2 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yük qatarı qəza törədib. 

“Report”un məlumatına görə, hadisə "Atəşgah" dairəsində baş verib.

Belə ki, "Lada" markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Nəticədə sürücü idarəetməni itirib və maşın qatara çırpılıb.

Hadisə nəticəsində sürücü Xeyirbəyov Akif Namaz oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi