Sabunçu rayonunda yanğın baş verib

Sabunçu rayonunda yanğın baş verib Yanğın konteyner tipli ofisdə qeydə alınıb
Hadisə
27 Yanvar , 2015 22:54
Sabunçu rayonunda yanğın baş verib

BAKI. 27 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bu axşam yanğın hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 45 kv.m olan dəmir konstruksiyalardan ibarət konteyner tipli ofisin lambirdən ibarət tavanı 0,5 kv.m sahədə yanıb.

Konteynerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi