Şabranda ev yanıb

Şabranda ev yanıb Hadisə Çölquşçu kəndində qeydə alınıb
Hadisə
24 İyul , 2015 04:29
Şabranda ev yanıb

Bakı. 24 iyul. REPORT.AZ/ Şabran rayonunda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 20 km aralıda yerləşən Çölquşçu kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının bir hissəsi və ev əşyaları yanıb. Yüksək temperaturdan evin lambirdən ibarət tavanı 83 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi