​Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb

​Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb Evin mərtəbələr arası və dam örtüyü qamışdan olub
Hadisə
29 Aprel , 2015 10:31
​Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb

Bakı. 29 aprel. REPORT.AZ/ Şabran rayonunun Ağalıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, evin mərtəbələr arası və dam örtüyü qamışdan olub.

Son xəbərlər

Orphus sistemi