​Şabran sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

​Şabran sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub Elgiz Cəfərli 18 il 6 ay, İsmayıl İmamverdiyev 3 il 6 ay, Rafiq Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
9 Mart , 2016 14:43
​Şabran sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elgiz Cəfərli, xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və Rafiq Namazovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucov sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Cəfərli 18 il 6 ay, İ.İmamverdiyev 3 il 6 ay, R.Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayının 15-də baş verib. Şabran rayon sakini Rövşən Əyyubov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb və ertəsi gün orada dünyasını dəyişib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən Elgiz Cəfərli və xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və Rafiq Namazov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi