Sabirabadda piyadanı avtomobil vurub

Sabirabadda piyadanı avtomobil vurub Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Hadisə
22 İyun , 2016 08:04
Sabirabadda piyadanı avtomobil vurub

Sabirabad. 22 iyun. REPORT.AZ/ Axşam saatlarında Sabirabad şəhərinin Muğan prospektində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu məlumat verir ki, rayonun Qalağayın kənd sakini, 33 yaşlı Ramil Telman oğlu Həsənov yolu keçmək istəyərkən onu maşın vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi