Sabirabadda məktəbliləri aparan avtobus qəzaya düşüb: 1 ölü, 11 yaralı - YENİLƏNİB - SİYAHI

Sabirabadda məktəbliləri aparan avtobus qəzaya düşüb: 1 ölü, 11 yaralı - YENİLƏNİB - SİYAHI Yük maşını ilə sərnişin avtobusu toqquşub
Hadisə
11 Oktyabr , 2016 11:09
Sabirabadda məktəbliləri aparan avtobus qəzaya düşüb: 1 ölü, 11 yaralı - YENİLƏNİB - SİYAHI

Sabirabad. 11 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

“Report”un Aran bürosunun məlumatına görə, qəza zamanı bir şagird - 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb.

Bundan başqa, beşi məktəbli olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Xəsarət alanların əksəriyyətinin adı məlumdur:

9 yaşlı Ağamirzə Mehman oğlu Ağayev;

11 yaşlı Mirzə Samir oğlu Niftiyev;

12 yaşlı Vüsal Murad oğlu Əliyev;

16 yaşlı Şəmsiyyə Qənibət qızı Həziyeva;

17 yaşlı Rəhman Əziz oğlu Mirzəyev;

36 yaşlı Aybəniz Bəxtiyar qızı Gülmməmmədova;

36 yaşlı İlham Qənibət oğlu Hacıyev;

52 yaşlı Vahid Bədirxan oğlu Balakişiyev.

*** saat 09:56

Sabirabad. 11 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunun Bulaqlı kəndində ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün səhər saatlarında həmin ərazidə yük maşını ilə sərnişin avtobusu toqquşub.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb, 11 nəfər yaralanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi