​Sabirabadda 24 yaşlı gənc vəhşicəsinə döyülüb

​Sabirabadda 24 yaşlı gənc vəhşicəsinə döyülüb Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
4 Oktyabr , 2015 15:20
​Sabirabadda 24 yaşlı gənc vəhşicəsinə döyülüb

Bakı. 4 oktyabr. REPORT. AZ/ Sabirabad rayonunda yerli sakin həmkəndliləri tərəfindən döyülüb.

"Report" xəbər verir ki, hadisə rayonun Cəngən kəndində qeydə alınıb.

Həmin kəndin 1991-ci il təvəllüdlü sakini Şamo Dilavər oğlu Qəhrəmanov evlərinə gedərkən İlqəm və Fərman adlı həmkəndliləri tərəfindən vəhşicəsinə döyülüb.

Zərərçəkən mədə-bağırsaq qanaxması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi