Sabirabad. 27 may. REPORT.AZ/ Sabirabad rayonunun Qalağayın kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Report” xəbər verir ki, 21 yaşlı yerli sakin Əkbər Əşrəf oğlu Əliyev hamamda dəm qazından zəhərlənib.
Zərərçəkən yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində Əkbər Əliyevin həyatı xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.