Sabirabadda 2 yaşlı uşağın üstünə qaynar su tökülüb

Sabirabadda 2 yaşlı uşağın üstünə qaynar su tökülüb Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
12 Oktyabr , 2015 17:34
Sabirabadda 2 yaşlı uşağın üstünə qaynar su tökülüb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb. “Report” xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2013-cü il təvəllüdlü Əli Rəhim oğlu Quliyev evdə oynayarkən vedrədə qaynadılmış isti su üstünə tökülüb. Ağır yanıq xəsarətləri alan uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi