Bakı. 2 mart. REPORT.AZ/ Ötən gün Sabirabad rayonunun Sarxanbəyli kəndində vətəndaşa məxsus evdə yanğın olub.
“Report” xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.