Sabirabad. 24 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, Sabirabad şəhər sakini Amid Gülxan oğlu Əsgərov sol kürəyinin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.