Azərbaycanda sabiq məktəb direktoru azadlığa buraxılıb - FOTOLAR

Azərbaycanda sabiq məktəb direktoru azadlığa buraxılıb - FOTOLAR O bundan sonrakı həyatında nümunəvi vətəndaş olacağına söz verib
Hadisə
30 Dekabr , 2014 15:24
Azərbaycanda sabiq məktəb direktoru azadlığa buraxılıb - FOTOLAR

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan şəxslərdən biri sabiq məktəb direktoru olub.

“Report”un xəbərinə görə, bu, 4 saylı qadın cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan 1957-ci il təvəllüdlü Nüşabə Əhmədovadır.

O, Goranboy rayon 3 saylı orta məktəbin direktoru olub.

N.Əhmədova 2012-ci ildə işdən azad olunub. Bundan sonra isə N.Əhmədova barəsində Cinayət Məcəlləsinin 179-cu ( mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs qərarı çıxarılıb. N.Əhmədova Gəncə Apellyasiya Məhkəməsinin 2012-ci il 9 iyul tarixli hökmü ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

N.Əhmədova 4 saylı qadın cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə adının əfv sərəncamında olmasına görə dövlət başçısına təşəkkür edib. O bundan sonrakı həyatında nümunəvi vətəndaş olacağına söz verib.

Son xəbərlər

Orphus sistemi