Sabah Azərbaycan Respublikasında yay vaxtına keçiləcək

Sabah Azərbaycan Respublikasında yay vaxtına keçiləcək Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir
Hadisə
28 Mart , 2015 09:06
Sabah Azərbaycan Respublikasında yay vaxtına keçiləcək

Bakı. 28 mart. REPORT.AZ/ Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək. Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, mart ayının sonuncu bazar günü, yəni martın 29-da saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.

Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi