Bakı. 13 sentyabr. REPORT.AZ/ Saatlı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Saatlı rayonunun Potubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Sabirabadın Ulacalı kənd sakini, 1978-ci il təvəllüdlü Ələkbər Əlisahib oğlu Əliyev sükanı arxasında oturduğu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə maşın aşaraq yolun kənarına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ə.Əliyevin vəziyyəti ağır olduğundan, o daha sonra Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.