​Saatlıda çətənə kolu becərən rayon sakini saxlanılıb - FOTO

​Saatlıda çətənə kolu becərən rayon sakini saxlanılıb - FOTO Narkotik xassəli bitki yarımtikilinin döşəməsinin altında aşkar edilib
Hadisə
10 İyun , 2016 07:24
​Saatlıda çətənə kolu becərən rayon sakini saxlanılıb - FOTO

Saatlı. 10 iyun. REPORT.AZ/ Saatlı polisi narkotik xassəli çətənə kolları aşkarlayıb.

“Report”un Aran bürosunun verdiyi xəbərə görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Mikayıl Müşfiq küçəsi, ev 6 ünvanında yaşayan Tarıverdi Ağaverdi oğlu Nəcəfov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman yarımtikilinin döşəməsinin altında aqrotexniki qaydada becərilmiş 8 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi