Saatlı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, rayonun 1971-ci il təvəllüdlü Qıraqlı kənd sakini Əliyev Hüseyn Nəriman oğlu yolu keçmək istəyərkən onu maşın vurub.
Yaralı Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Zərərçəkmişin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov