Saatlı sakini çayda çimərkən boğulub

Saatlı sakini çayda çimərkən boğulub ​Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Avqust , 2016 12:31
Saatlı sakini çayda çimərkən boğulub

Saatlı. 22 avqust. REPORT.AZ/ Saatlı rayon sakini çayda çimərkən boğulub. "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Molla Vaizli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Xalid Alışov Araz çayının Molla Vaizli kəndi ərazisindən keçən hissəsində çimərəkən boğulub. 
Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi