Rüşvət almaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Rüşvət almaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub Paşa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
11 İyul , 2016 15:43
Rüşvət almaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqisirləndirilən Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb. 

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, P.Məmmədov Xızı rayonun Arxiv idarəsinin əməkdaşı olub. O, Xızı rayon sakini Kərimulla Kərimovdan torpaq sənədləşməsi adı ilə 2500 manat pul istəyib. Zərərçəkmiş isə ona 1300 manat pul verib, lakin P.Məmmədov verdiyi vədə əməl etməyib. K.Kərimovun polisə müraciətindən sonra P.Məmmədov saxlanılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. P.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi