Qayıqla qanunsuz olaraq Rusiya ərazisinə keçən Azərbaycan vətəndaşı saxlanılıb

Qayıqla qanunsuz olaraq Rusiya ərazisinə keçən Azərbaycan vətəndaşı saxlanılıb Ona qarşı iş açılıb
Hadisə
8 Aprel , 2015 06:07
Qayıqla qanunsuz olaraq Rusiya ərazisinə keçən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 6-da Donetsk şəhəri ətrafında Severski Donets çayı sahilində keşik çəkən sərhəd dəstəsi qayıq vasitəsilə qanunsuz olaraq Rusiya-Ukrayna sərhədini keçən iki nəfəri aşkar edib.

"Report" xəbər verir ki, sözügedən vətəndaşlar sahilə çıxan kimi saxlanılıblar.

Onlar Azərbaycan vətəndaşı və onun rusiyalı bələdçisi olub.

Dindirilmə zamanı qanun pozucuları sahilə təsadüfən çıxdıqlarını bildirərək sərhədçiləri çaşdırmağa çalışıblar.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşının Rusiya Federasiyası ərazisinə girişi qadağandır.

Hazırda saxlanılan şəxslərə qarşı inzibati qanun pozuntusu haqqında iş açılıb, yoxlama tədbirləri görülür və onlar tərəfindən törədilən bütün qanun pozuntuları müəyyən edilir. Rusiya və Azərbaycan vətəndaşlarının Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılır.

Son xəbərlər

Orphus sistemi