​Rusiyada sərnişin azərbaycanlı avtobus sürücüsünü qətlə yetirib

​Rusiyada sərnişin azərbaycanlı avtobus sürücüsünü qətlə yetirib Naməlum şəxs həmyerlimizə çoxsaylı bıçaq zərbələri endirib
Hadisə
28 Mart , 2015 06:57
​Rusiyada sərnişin azərbaycanlı avtobus sürücüsünü qətlə yetirib

Bakı. 28 mart. REPORT.AZ/ Ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətinin "Cənub" mikrorayonunda azərbaycanlı qətlə yetirilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, insident 28 saylı marşrut avtobusunda baş verib.

Məlumata görə, sərnişin məlum olmayan səbəblərdən bıçaq ilə 29 yaşlı azərbaycanlıya hücum edib. O, həmyerlimizin döş və qarın nahiyələrinə çoxsaylı zərbələr endirib. Sürücü təcili yardım gəlincə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi