Rusiyada şaftalının içərisində heroin satan azərbaycanlı tutulub

Rusiyada şaftalının içərisində heroin satan azərbaycanlı tutulub O, müştərilərini internet vasitəsilə tapıb
Hadisə
26 Avqust , 2015 15:31
Rusiyada şaftalının içərisində heroin satan azərbaycanlı tutulub

Bakı. 26 avqust. REPORT.AZ/ Çelyabinskdə tərəvəz bazarlarının birində şaftalının içərisində heroin satan azərbaycanlı saxlanılıb. Bu barədə "Report" Rusiya Narkotiklərə Nəzarət Federal Xidmət İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Məlumata əsasən, Çelyabinsk hüquq-mühafizə orqanları bir neçə həftə əvvəl heroinin satış kanalını müəyyən edərək bir neçə alıcını saxlayıb. Müəyyən olunub ki, onlar narkotik vasitəni tərəvəz bazarlarının birində 28 yaşlı Azərbaycan vətəndaşından alıb.

Şübhəli şəxsin saxlandığı zaman onun bahalı avtomobilinin qapısından kiçik partiyalara bölünmüş 100 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Şübhəli şəxs təcridxanaya yerləşdirilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilə bilər. 

Son xəbərlər

Orphus sistemi