Rusiyada quldurluqda ittiham olunan Azərbaycan vətəndaşları saxlanılıb - FOTO

Rusiyada quldurluqda ittiham olunan Azərbaycan vətəndaşları saxlanılıb - FOTO Rusiya DİN-in Krasnoqorsk rayonu üzrə İstintaq Baş İdarəsi tərəfindən cinayət işi açılıb
Hadisə
26 Fevral , 2016 18:24
Rusiyada quldurluqda ittiham olunan Azərbaycan vətəndaşları saxlanılıb - FOTO

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməliyyatçıları qəsb və qarət üzrə ixtisaslaşan mütəşəkkil etnik qrupun üzvü olduqları ehtimal edilən şəxsləri saxlayıb.

"Report" Rusiya DİN-in rəsmi saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən naməlum şəxslərin silah gücüylə 39 yaşlı sahibkarı qaçırdığı və onu Moskva vilayətinin Mıtişinski rayonuna gətirdiyi aşkar edilib.

Quldurlar zərərçəkəni döyərək onun "Porsche Cayenne" markalı avtomobilini və 150 min rubl məbləğində pulunu ələ keçirirək gizlənib. Sahibkarın özünü isə girov pulu kimi tələb edilən məbləğin qalan hissəsini əldə etmək məqsədilə buraxıblar.

İstintaq zamanı 28-39 yaşlı 4 nəfər saxlanılıb. Onlardan üçü Azərbaycan vətəndaşıdır.

Fakt üzrə Rusiya DİN-in Krasnoqorsk rayonu üzrə İstintaq Baş İdarəsi tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən soyğunçuluq maddəsiylə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi