​Rusiyada narkotik alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb

​Rusiyada narkotik alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb Saxlanılan şəxsləri 10 ildən 20 ilədək həbs gözləyir
Hadisə
29 Yanvar , 2015 00:05
​Rusiyada narkotik alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) Sverdlovsk vilayətində apardığı xüsusi əməliyyat zamanı narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinən iki azərbaycanlı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya vətəndaşlığı olan 36 yaşlı Gürcüstan azərbaycanlısının avtomobilinə baxış zamanı 940 qram heroin aşkar edilərək götürülüb.

Soydaşımız Yekaterinburq şəhərində qeydiyyatsız yaşayırmış.

NDNFX əməkdaşlarının fərziyyəsinə görə, saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə əldə edib və mütəşəkkil cinayətkar qrupun maraqları çərçivəsində fəaliyyət göstərib.

Əməliyyat zamanı qruplaşmanın digər üzvləri də yaxalanıb. Digər narkotik partiyasının tədarükçüsü 53 yaşlı qazaxıstanlı olub. Ondan 20 qram heroin götürülüb. Narkotiklərin satışında vasitəçi qismində Yekaterinburq qeydiyyatında olan 39 yaşlı azərbaycanlı çıxış edib.

Saxlanılan şəxslərə qarşı cinayət işi qaldırılıb. Onları 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi