Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, 4 nəfər ölüb

Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, 4 nəfər ölüb Qəzanın səbəbləri araşdırılır
Hadisə
8 Fevral , 2016 22:16
Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Rusiyanın Pskov vilayətində "Mi-8" tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, helikopterdə olan 3 pilot və bir texnik-təlimatçı ölüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlim uçuşu yerinə yetirən helikopterlə əlaqə yerli saatla 19.21-də kəsilib.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi