Rusiyada keçmiş polis rəisini öldürməkdə şübhəli bilinən üç azərbaycanlı həbs olunub

Rusiyada keçmiş polis rəisini öldürməkdə şübhəli bilinən üç azərbaycanlı həbs olunub Məhkəmə onları iki ay azadlıqdan məhrum edib
Hadisə
2 May , 2016 15:39
Rusiyada keçmiş polis rəisini öldürməkdə şübhəli bilinən üç azərbaycanlı həbs olunub

Bakı. 2 may. REPORT.AZ/ Məhkəmə Rusiya Federasiyası, Samara vilayəti, Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və onun ailəsini öldürməkdə şübhəli bilinən şəxslər barədə iki aylıq müddətinə həbs qətimkan tədbiri seçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

Sızran rayon prokuroru Yevgeni İrxinin verdiyi məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilmiş hər üç şəxs Azərbaycan vətəndaşıdır.

"Life" portalı isə həbs edilənlərin Babayev İslam Arzu oğlu, Zöhrabov Orhan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu olduğunu xəbər verib.

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla altı nəfərin meyiti tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışırıb.

Son xəbərlər

Orphus sistemi