​Rusiyada iki azərbaycanlı qətlə görə məhkəmə qarşısına çıxacaq

​Rusiyada iki azərbaycanlı qətlə görə məhkəmə qarşısına çıxacaq Voronej Prokurorluğu cinayət işinin materiallarını məhkəməyə təqdim edib
Hadisə
27 Noyabr , 2014 23:25
​Rusiyada iki azərbaycanlı qətlə görə məhkəmə qarşısına çıxacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Voronej Prokurorluğu "Praqa" kafesində dava və qətl haqqında cinayət işinin materiallarını məhkəməyə təqdim edib.

"Report" xəbər verir ki, faktla bağlı iki azərbaycanlı ittiham olunur.

İstintaq müəyyən edib ki, 2013-cü ilin dekabrında təqribən 02.00 radələrində iki əcnəbi kafeyə gəlib. Bu zaman 10 kişi kafedən bayıra çıxaraq dava etməyə başlayıb. Münaqişə iştirakçılarından biri kafe qarşısında duran azərbaycanlının qarşı tərəflə əlaqəsinin olduğunu zənn edərək onun üzünə yumruq vurub döyməyə başlayıb.

Nəticədə daha bir dava başlayıb. Bu zaman Rəşad İsmayılov (1986-cı il təvəllüdlü) adlı soydaşımız bıçaq çıxardaraq qarşısına çıxanı vurmağa başlayıb. Nəticədə 20 yaşlı F.Vasiliy aldığı bıçaq yaralarından reanimasiyada keçinib. Daha üç nəfər xəstəxanaya yerləşdirilib.

Azər Nəcəfov (1988) adlı digər həmyerlimizdə də bıçaq olub və o, qarşı tərəfdəkilərdən birinə belindən xəsarət yetirib. Zərərçəkən yerə yıxılaraq özünü ölmüş kimi aparıb və bununla da həyatını xilas etmiş olub.

İndi qətldə ittiham olunan R.İsmayılovu 20 ilədək həbs cəzası gözləyir. A.Nəcəfov isə 6 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi