​Rusiyada iki azərbaycanlı yol qəzasında dünyasını dəyişib

​Rusiyada iki azərbaycanlı yol qəzasında dünyasını dəyişib Qəzaya yolların buz bağlaması səbəb olub
Hadisə
24 Fevral , 2015 03:18
​Rusiyada iki azərbaycanlı yol qəzasında dünyasını dəyişib

Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyanın Saratov vilayətində "VAZ 2104" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki azərbaycanlı dünyasını dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə fevralın 21-də Rtişevski rayonunda, Saratov-Tambov yolunun 118 km-də baş verib.

Yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə beş nəfər ölüb, iki nəfər yaralanıb. Soydaşlarımız "VAZ 2104" markalı maşında olublar. Qəzaya yolların buz bağlaması səbəb olub.

Son xəbərlər

Orphus sistemi