​Rusiyada iki Azərbaycan vətəndaşı 12 il müddətinə azadlıqdan məhrum edilib

​Rusiyada iki Azərbaycan vətəndaşı 12 il müddətinə azadlıqdan məhrum edilib Onlar satış məqsədi ilə narkotik maddə əldə etməkdə müqəssir biliniblər
Hadisə
15 Mart , 2016 07:54
​Rusiyada iki Azərbaycan vətəndaşı 12 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 15 mart. REPORT.AZ/ Tümenin Kalinin rayon məhkəməsi satmaq üçün 2 kiloqram həşiş hazırlayan Surqut sakini Bəxtiyar Astanov, həmçinin Azərbaycan vətəndaşları Azad Mirzəyev və Xanoğlan Nurəliyevə qarşı cinayət işi üzrə qərar çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, 2014-cü ilin dekabrında Astanov tanışları Nurəliyev və Mirzəyevin köməkliyi ilə Tümendə həşiş satışı ilə məşğul olmaq qərarına gəlib. Nurəliyev Astanovun göstərişi ilə 2015-ci ilin yanvar ayında Xabarovskda narkotik alverçilərindən təqribən 2,3 kq. həşiş alıb və narkotik maddəni avtomobilində gizlədərək Tümenə gətirib. Burada onu Mirzəyevə verib və o da narkotik maddəni sonradan satmaq üçün mənzilinə gətirməli idi.

Məhkəmənin qərarı ilə onların hər üçü ayrılıqda 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər

Orphus sistemi